hemle

DYP-dən hava şəraitinin dəyişəcəyi ilə bağlı MÜRACİƏT

Tarix:2-10-2021, 13:28
Baxış Sayı:230

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hava şəraitinin dəyişəcəyi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Qrumdan verilən məlumatda bildirilib ki, oktyabrın 3-ü axşamdan 7-dək ölkə ərazisində, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzən intensivləşəcəyi, ayrı-ayrı yerlərdə küləyin güclənəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti proqnoz verib. Bu da sürücülərin bəzi qaydalara əməl etməsini vacib şərtə çevirir: "Avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini minimuma endirməklə kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevr etməkdən çəkinsinlər və küləyi nəzərə alıb nəqliyyat vasitələrini təhlükəsiz yerlərdə park etsinlər. Yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olması yoxlanılmalıdır.Bununla yanaşı, sürücülərə xatırladırıq ki, yollarda yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların yağış suyu ilə isladılması qeyri-etik hərəkət olmaqla yanaşı onların inzibati məsuliyyətə cəlb edilməsinə əsas verir.

Piyadalar da onların təhlükəsiz və rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən istifadə etməli, avtomobil yollarına çıxmamalıdırlar".

Digər xəbərlər
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR
11:32 ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib
11:28 Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
11:27 Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR