hemle

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi AÇILDI

Tarix:29-09-2021, 12:55
Baxış Sayı:239

Yevlax rayonu Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 2013-2018-ci illər üzrə poçt və bank filiallarından nağd qaydada alınmış pul vəsaitlərindən 63 min manatın təsərrüfat xərcləri kimi sənədləşdirilmədən və təsdiqedici sənədlər olmadan məxaric silinməsi, bələdiyyə tərəfindən müxtəlif hüquqi şəxslərə satılmış torpaq sahələrinə görə 109 min manatın bələdiyyənin hesabına köçürülməməsi, həmçinin bələdiyyənin büdcəsində olan külli miqdarda pul vəsaitinin müxtəlif korrupsiya sxemlərindən istifadə edilməklə mənimsənilməsi nəticəsində ümumilikdə 259 min manat məbləğində ziyan vurulması müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq