hemle

"Azərbaycan ordumuzun onurğa sütununu Hadrut əməliyyatı zamanı qırdı" - Asatryan

Tarix:24-09-2021, 14:37
Baxış Sayı:264

"Sizə onu da deyim ki, bizim ordumuzun onurğa sütununu Azərbaycan tərəfi məhz 10 oktyabr günü Hadrut əməliyyatı zamanı qıra bildi. Biz o gündən sonra didərgin düşdük".

Bu sözləri Ermənistanda "Ölmüş erməni əsgərlərinin qohumları" İctimai birliyinin sədri Arsen Asatryan bildirib.

O, bildirib ki, 44-günlük müharibədə Azərbaycanın ən güclü silahı pilotsuz uçuş aparatları ilə yanaşı, xüsusi təyinatlı kəşfiyyatı olub:

"Azərbaycan Ordusunun kəşfiyyatı az qala İrəvana belə nüfuz etmişdi. Dünyanın ikinci belə güclü kəşfiyyatı ola bilməz. Müharibədə, məhz Hadrutda xidmət aparan oğlum Artur Asatryan ölümündən öncə mənə bir çox gizli məlumatlar danışa bilmişdi. O deyirdi ki, Azərbaycan kəşfiyyatı bizim atacağımız hər addımı öncədən bilirdi. Elə bil torpağın özü onlara kömək edirdi.

İkincisi, bizim ordumuz xaos vəziyyətində idi. Azərbaycan tərəfi psixoloji olaraq da bizdən üstün idi. Azərbaycan əsgəri haqda o qədər rəvayətlər gəzirdi ki, hamı istər-istəməz qorxu içində idi", - deyə A.Asatryan bildirib.

Digər xəbərlər
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq