hemle

Ermənilər Qarabağdakı mülklərini niyə “su qiyməti”nə satır? – Əmlak ekspertindən açıqlama

Tarix:14-09-2021, 12:20
Baxış Sayı:257

"Azərbaycanın işğaldan azad olunmuş Xankəndi və digər ərazilərində yaşayan ermənilərin əmlaklarının dəyəri demək olar ki, sıfıra bərabərdir”.

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, həmin ərazilərdə yaşamaq üçün digər ermənilərə pulsuz ev və aylıq müavinət veriləcəyi vəd olunsa da, heç bir erməni o ərazilərdə yaşamaq istəmir:

"Orada yaşayanların sayları süni şəkildə şişirdilsə də, reallıqda rəqəmlər tam fərqlidir - deyilənlərdən dəfələrlə aşağı. Çünki ermənilərin Qarabağdan köç etməsi və saylarının azalması o ərazilərdəki sülhməramlıların missiyasının bitməsi və həmçinin həmin ərazilərdə yaşayan ermənilər üzərində İranın öz nəzarətini itirməsi deməkdir. Erməni satış saytlarında həmin ərazilərdəki evlərin baha qiymətə satışa çıxarılması isə başqa bir siyasətdir. İlk zamanlar ermənilər özləri evlərini satışa çıxarsalar da, bunun heç bir effekt vermədiyini və kənardan kiminsə gəlib

o ərazilərdə ev almayacağını anladılar. Hazırda elanlara yerləşdirilən evlərin daha cox feyk olması və əksəriyyətinin xarici nömrələrlə satış saytlarına qoyulması hər şeyin kənardan süni şəkildə idarə edilən bir tamaşa olduğunu göstərir”.

E.Fərzəliyev qeyd edib ki, bu addımın atılmasında məqsəd dünya ölkələrində həmin ərazilərdəki əmlakların həqiqətən də bahalı olması kimi fikir formalaşdırmaqdır:

"Uzun zamandır, erməni satış saytları ilə bağlı apardığım araşdırmalar göstərir ki, ermənilər nəinki Qarabağda, hətta bütün Zəngəzur boyu evlərini, fermalarını və əmlaklarını çox ucuz qiymətlərə satışa çıxarırlar. 2020-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər həmin ərazilərdəki əmlakların satış qiymətlərində 10 ay ərzində minimum 30 faizə qədər ucuzlaşma baş verib. Deməli, ermənilər nəinki, Qarabağda, hətta Ermənistanın özündə belə daşınmaz əmlaklara yatırım etməkdən imtina edirlər”.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ