hemle

Ərdoğan Azərbaycanla imzalanmış sənədləri TƏSDİQLƏDİ

Tarix:4-09-2021, 10:34
Baxış Sayı:225

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış 3 anlaşmanın qüvvəyə minmə tarixlərini təsdiq edib.

Bu barədə qərarlar “Resmi Gazete”də dərc olunub.

Bildirilib ki, 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə Bakı şəhərində imzlanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması”, 25 aprel 2018-ci ildə Ankara şəhərində imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İşlədilməsi və Fəaliyyətləri Haqqında Anlaşma” sənədlərinin qüvvəyə minmə tarixləri təsdiq olunub.

Sənədlər müvafiq olaraq 29 aprel 2021-ci il, 21 aprel 2021-ci il, 30 mart 2021-ci il tarixlərindən qüvvəyə minmiş hesab edilib.

“Siyahıda imzalandığı yer və tarixlər yazılmış anlaşmaların qüvvəyə minmə tarixlərinin göstərildiyi kimi müəyyən edilməsinə qərar verilmişdir”, - məlumatda qeyd edilib.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?