hemle

ATƏT Cənubi Qafqaz ölkələrini əməkdaşlığa ÇAĞIRDI

Tarix:31-08-2021, 22:47
Baxış Sayı:280

“Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq Cənubi Qafqazda davamlı sülh və inkişaf üçün vacibdir”.

Bunu ATƏT-in sədri Ann Linde İllik Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Linde ATƏT-in bölgədəki səylərini bərpa etmək üçün bu məqamdan istifadə etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, qalan problemlərin uzunmüddətli həllini tapmaq çox vacibdir.

Üç ölkə arasında təmasların əhəmiyyətini vurğulayan Linde qeyd edib ki, əməkdaşlıq sahələri infrastruktur, rabitə və ətraf mühit məsələlərini əhatə edə bilər.

“Xüsusi nümayəndəm bu üç ölkə ilə qarşılıqlı əlaqədədir və hər üç tərəfin konstruktiv yanaşmasını qiymətləndiririk”, - deyə ATƏT sədri bildirib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı