hemle

26 il danışıqları pozan İrəvan indi danışıq istəyir - NƏ BAŞ VERİR?

Tarix:26-08-2021, 08:48
Baxış Sayı:221

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizə yeni təyin olunan rezident əlaqələndiricisi, xanım Vladanka Andreyevanı qəbul edərkən ATƏT-in Minsk Qrupunun həmsədrləri, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələri 28 il ərzində Qarabağ münaqişəsinin həlli üçün passivlik nümayiş etdirdikləri üçün tənqid edib.

Prezident görüşdəki çıxışında deyib: “Müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır”.

İlham Əliyev artıq neçənci dəfədir ki, Minsk Qrupu haqda bu cür qəti bəyanatlar verir. Amma onlar ATƏT Minsk Qrupunu diriltməyə, prosesə cəlb etməyə çalışırlar. Bunun üçün Azərbaycana təzyiq edirlər, Ermənistanı qızışdırırlar. Bəs bu istəyə çata biləcəklərmi? Azərbaycan sonadək dirəşib, Minsk Qrupuna rədd cavabı verə biləcəkmi?

Siyasi analitiklər hesab edir ki, Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların əhəmiyyətsiz olduğunu Prezident bir daha göstərdi və mesajını lazımi ünvanlara çatdırmış oldu.

Ermənistan 44 günlük müharibədən öncə uzun müddət idi faktiki olaraq danışıqlar prosesini pozmuşdu və Minsk Qrupu o zamandan iflas olmuşdu. İndi Ermənistan mənasız danışıqlar masasını ona görə bərpa etmək istəyir ki, bunu onun havadarları istəyir.

Deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a şərhində bildirdi ki, Prezident BMT-nin ölkəmizə yeni təyin olunan rezident əlaqələndiricisini qəbul edərkən çıxışında çox vacib məqamlar üzərində dayandı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsinin, vaxtında Ermənistana təzyiqlərin göstərilməməsi və sanksiyaların tətbiq olunmamasının nəticə etibarilə müharibəyə gətirib çıxardığını açıq şəkildə bəyan etdi: “Bütün bunları açıq şəkildə, yüksək diplomatik məharətlə diqqətə çatdıran cənab Prezident Minsk Qrupunun dirçəldilməsi cəhdlərinə ehtiyac olmadığını da bir daha bəyan etmiş oldu. Minsk Qrupu öz funksiyasını yerinə yetirə bilmədi və iflasa uğradı. Minsk Qrupunun üzərinə düşən münaqişənin həlli missiyasını Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirdi. Minsk Qrupunun 28 ildə həll edə bilmədiyi, həll etmədiyi məsələni Azərbaycan ordusu 44 gündə həll etdi. İndi Minsk Qrupunun həmsədri olan ölkələr çalışırlar ki, bu iflasa uğramış formatı dirildələr. Bu məsələdə Paşinyandan bir maşa kimi istifadə edirlər. Yenidən məsələni gündəmə gətirib Azərbaycana təzyiqlər göstərməyə çalışırlar. Bu yaxınlarda ABŞ-ın Ermənistandakı səfirinin ”Dağlıq Qarabağ problemi sona çatmayıb" kimi avantürist fikirlər bildirməsi Ermənistanı şirnikləndirib. Əlbəttə ki, bu cür təzyiqlərin Azərbaycanı öz haqq yolundan geri döndərməsi mümkünsüzdür. Bu gün mübarizəmiz diplomatik və informasiya müharibəsi müstəvisinə keçib. Bu mübarizədə də Azərbaycan öz işini uğurla aparır. Azərbaycan bu gün də qətiyyətlidir, bu gün də mövqeyində güclüdür. Əgər Azərbaycan dövlətinin başçısı söyləyirsə ki, Minsk Qrupunun vasitəçilik etməsi üçün müzakirə mövzusu yoxdur, münaqişə bitib, deməli, Minsk Qrupuna ehtiyac yoxdur. Mən əminəm ki, Minsk Qrupunun, onun həmsədrlərinin fəaliyyəti bərpa olunmayacaq".

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ