hemle

Bakıda daha 9 naməlum şəhidin MƏZARI AÇILACAQ

Tarix:19-08-2021, 12:27
Baxış Sayı:313

Sabah Bakı şəhərində yerləşən İkinci Şəhidlər Xiyabanında 9 naməlum şəhidin məzarı açılacaq.

Bu barədə Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.

Onun sözlərinə görə, avqustun 20-də 9 məzarın açılması nəzərdə tutulub:

“Qəbirlərin açılması prosesi prokurorluğun qərarı ilə həyata keçirilir”.

Qeyd edək ki, bir müddət əvvəl Bakıdakı Birinci Şəhidlər Xiyabanında 23 naməlum şəhid məzarı açılmışdı.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı eksqumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət ediblər.

Məlumata görə, naməlum məzarlar Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aiddir.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?