hemle

Türkiyədə təhsil əyani şəkildə davam etdiriləcək - Nazir

Tarix:11-08-2021, 22:24
Baxış Sayı:269

"Bütün təhsil müəssisələrimiz yeni tədris ili müəyyənləşdirildiyi vaxtda açılacaq. Əyani təhsildən vaz keçməyimiz müzakirə mövzusu ola bilməz".

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Nazir deyib ki, Elmi Şuranın bu istiqamətdəki təklifləri Təhsil Nazirliyi və Ali Təhsil Şurası ilə müzakirə edilib cəmiyyətə açıqlanacaq: "Bütün səviyyələrdəki təhsil müəssisələrimiz üz-üzə təhsil verəcək və praktiki məşğələlər fasiləsiz davam edəcək, çünki artıq peyvənd var. Şərtlərdən asılı olmayaraq, tələbələrimizi, şagirdlərimizi və onların ailələrini pandemiya təhlükəsindən qoruyaraq praktiki və əyani təhsilimizə davam edəcəyik. Ən önəmli işimiz peyvənd olunmayan müəllimlərimizin qalmamasıdır".

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu