hemle

Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağı dalğalandı - FOTO

Tarix:11-08-2021, 22:17
Baxış Sayı:258

Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub.

Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə bu gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.

Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk Qeyri Hökümət Təşkilatı da iştirak edib.

Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvlərilə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.

Xatırladaq ki, iyulun 28-dən Türkiyədə başlayan meşə yanğınları 46 vilayətə ziyan vurub. Bu faciəvi hadisə nəticəsində səkkiz nəfər vəfat edib, çoxlu sayda heyvan ölüb, minlərlə insan evindən didərgin düşüb, minlərlə ağac, çiçək, kol və başqa bitki örtüyü məhv olub. Türkiyəni bürüyən yanğınların söndürülməsi üçün Azərbaycan, Ukrayna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı və başqa dövlətlər yardım ediblər.

Digər xəbərlər
21:28 İranda ölənlərin sayı 36-ya çatdı
21:21 Ölüm gətirən qaz sobaları - Bu səhvləri etməyin
21:15 Şokedici kəşf: Vitaminlər xərçəng şişlərinin böyüməsini sürətləndirə bilər
21:10 Pezeşkian sabah Azərbaycana gəlir
21:07 Sabah Xocalıya köç olacaq
21:05 Rəsmi iş yeri olmayanlar necə ev ala bilərlər? - Bu qayda ilə...
20:58 Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
20:56 Tramp Vatikanda Makrona hansı qadağanı qoyub? - Dodaq oxuyan SİRLƏRİ AÇDI