hemle

Manavgatdakı meşəni yandırdığını deyən yeniyetmə DANIŞDI

Tarix:5-08-2021, 10:10
Baxış Sayı:245

Antaliyanın Manavgat rayonunda iyulun 28-də başlayan meşə yanğınlarına səbəb olan 12 və 16 yaşlı şəxslər saxlanılıb.

12 yaşlı M.A.T. adlı uşağın ifadəsi alınıb. Məlum olub ki, azyaşlının yanğının törətməsinə səbəb valideynlərinə görə olub:

"İyulun 28-də bacım və qardaşımla birlikdə səhər yeməyinə dayımın yanına getmişdim. Saat 10.00 radələrində evə gəldik. Sonra 13:00-14:00 radələrində çölə çıxdım. Daha əvvəl meşəni yandırmaq planım vardı, buna gör də mətbəxdən alışqanı götürdüm. Meşəyə getdim. Daha əvvəl bu meşədə heyvanları otarmışdıq. Bu səbəbdən meşəni tanıyırdım. Meşəyə gedəndə, yerdəki qurumuş kolların ətrafına ot yığdım, bir dairə düzəltdim və əlimdəki alışqanla yandırdım. Beş dəqiqə orada qaldım. Yanğın böyüdü. Söndürməyə çalışsam da alınmadı. Meşənin yaxınlığındakı odunluğa getdim. Yanğının yığılmış oduna doğru irəlilədiyini görəndə yanğının daha da böyüməsinin qarşısını almağa çalışdım. Amma bacara bilməyəndə tez evə qaçdım. Meşəni heç kimin göstərişi olmadan öz istəyimlə yandırdım. Bu mövzuda məni heç kim təhdid etməyib və ya istiqamətləndirməyib. Məni meşəni yandırmaqla kimsə təhdid etmədi, nə ailəmə, nə də mənə zərər verəcəyini demədilər. Çox təəssüflənirəm"

Azyaşlı bundan başqa həmin günü çox pis olduğunu və kiməsə zərər vermək istədiyini bildirib:

"Valideynlərimin ayrılacağını eşitdim Buna görə depressiyaya düşdüm. Meşəni yandırmaq ağlıma gəldi. Psixoloji pisləşməyimin səbəbi təkcə anamla atamın ayrılacağı deyil. Həm də dostlarım 1-ci sinifdə məni döyüblər. Bu səbəbdən depressiyadayam".

Qeyd edək ki, digər 16 yaşlı oğlanın ifadəsi hələ də alınmayıb. 12 yaşlı oğlan isə polis bölməsindən uşaq yetişdirmə yurduna təhvil verilib. Araşdırmalar davam edir.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış