hemle

Keçmiş polis işçisi "patı" satarkən yaxalandı - YENİLƏNİB

Tarix:19-07-2021, 14:21
Baxış Sayı:251

Baş Prokurorluq Qubadakı hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:

"Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunin narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Bununla bağlı qeyd edirik ki, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.

Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəssüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır".

12:33

Quba rayonunda keçmiş prokurorun oğlu külli miqdarda “patı” satarkən yaxalanıb.

hemlemedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün rayon ərazisində keçirilən əməliyyat zamanı “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən ələ keçirilib.

Əməliyyat zamanı digər şəxslər saxlanılsa da, Rauf Abbasov polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstərərək hadisə yerindən qaçıb.

Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. Rauf Abbasov da Qusar Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı olub.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ