hemle

DTX-dən bəzi məsuliyyətsiz KİV-lərə “Məsuliyyətli ol!” xəbərdarlığı

Tarix:27-06-2020, 20:09
Baxış Sayı:492

Son günlər bəzi kütləvi informasiya vasitələrində “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı. “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.

hemlemedia.az saytı Turkustan.info saytına istinadən xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayaraq bildirib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb:

“Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirilməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır”.
hemlemedia.az

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı