hemle

Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir – FƏRMAN

Tarix:16-07-2021, 19:21
Baxış Sayı:254

Prezident İlham Əliyev “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Qayda “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 5-ci hissəsinə əsasən hazırlanmışdır və həmin maddənin 4-cü hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən (bundan sonra – vəsait) istifadə qaydasını müəyyən edir.

Vəsaitdən prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur.

Vəsaitdən istifadə edilməsi

Vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun bu məqsədlə açılmış müvafiq xəzinə hesabı vasitəsilə həyata keçirilir.

Vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir.

Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vəsaitdən istifadəyə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir.

Vəsaitdən istifadə ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında müvafiq Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, Azərbaycan Respublikası Baş Prokurorluğunun sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) Azərbaycan Respublikası Baş Prokurorluğunun xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.

Vəsaitdən istifadə istiqamətləri

Vəsaitin prokurorluq işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

- işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

- bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

- işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə.

Prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənir:

- malların (işlərin və xidmətlərin) alınmasına;

- inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;

- beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;

- Azərbaycan Respublikası Baş Prokurorluğunun internet informasiya ehtiyatlarına, habelə “Elektron prokurorluq” informasiya sisteminə maliyyə yardımının ayrılmasına;

- maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə.

Vəsaitin 50 faizi bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məqsədlər üçün ayrılır.

Verilən mükafatların məbləğini işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq Azərbaycan Respublikasının Baş prokuroru müəyyən edir.

Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə əsasən ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 aprel tarixli 307-VIQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən, 2020-ci il iyulun 1-dən bu Qayda qüvvəyə minənədək daxil olan vəsaitdən bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq istifadə edilir.

Digər xəbərlər
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ
09:44 Rusiyada yaşayanların NƏZƏRİNƏ - Bunu edənlər 5 milyon rubla qədər CƏRİMƏ OLUNACAQLAR