hemle

Fermerlərin iştirak etdiyi onlayn görüş keçirildi

Tarix:15-07-2021, 12:46
Baxış Sayı:251

Aqrar Xidmətlər Agentliyində (AXA) “Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda onlayn görüş keçirilib. Görüşdə AXA, Toxumçuluq Assosiasiyası, Toxum Fondunun əməkdaşları, toxum idxalçıları və təchizatçıları, iri toxumçuluq şirkətlərinin nümayəndələri və toxumçu fermerlər iştirak edib.

Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması prioritet vəzifələrdəndir. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başladığını deyən AXA sədri bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Daha sonra Mirzə Əliyev “Toxumçuluqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda təqdimatla çıxış edib. O, fermerlərin yerli toxuma olan tələbatının ödənilməsi məqsədilə təbliğat işinin genişləndirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Mirzə Əliyev əlavə edib ki, fermerlərə sertfikatlı toxumların əlçatanlığının təmin edilməsi məqsədilə cari ildə 10 yerdə toxum satış yarmarkalarının təşkili nəzərdə tutulub. Eyni zamanda, AXA sədri fermerlərin sertifikatlı toxumların əhəmiyyəti və üstünlükləri ilə bağlı məlumatlandırılması, xaricdən gətirilən, dövlət reyestrində qeydiyyatı olmayan, keyfiyyətsiz toxumların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Bildirib ki, cari ildə toxumların sertifikatlaşmasında və etiketlənməsində beynəlxalq standartlara uyğun yeni üsullar tətbiq olunacaq. Belə ki, toxumlar təmizlənib, qablaşdırılıb, etiketlənib və partiyalara yığılır. Etiketdə toxum (bitki, sort, reproduksiyası, istehsal ili və.s) və toxum istehsalçısı barədə məlumatlar öz əksini tapır. Daha sonra kisələrdən nümunələr götürülərək analiz olunur. Nəticələr standartların tələblərinə uyğun olduqda toxum partiyaları sertifikatlaşdırılır və sertifikatla bağlı etiket məlumatları sistemdə aktivləşdirilir. Fermerlər etiketdə olan QR və unikal kod vasitəsi ilə sertifikatlaşmanın doğruluğu barədə avtomatik məlumat əldə edə biləcəklər. Bu da öz növbəsində saxta toxumların qarşısını almaqla yerli toxumların bazara çıxış imkanlarının artmasına, həmçinin fermerlərin keyfiyyətli toxumla təminatına və rayonlaşdırılmış sertifikatlı toxumlardan istifadəyə öz tövhəsini verəcək.

Görüşdə toxum istehsalçı və istifadəçilərinin qarşılaşdığı problemlər dinlənilib, bu sahənin inkişafı ilə baglı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub. Müzakirələrin sonunda bu formada görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?