hemle

"İkinci Qarabağ müharibəsində bizim planlarımız tam yerinə yetirildi" - İlham Əliyev

Tarix:14-07-2021, 16:06
Baxış Sayı:306

"İkinci Qarabağ müharibəsində bizim planlarımız tam yerinə yetirildi və onu da deməliyəm ki, mən bir neçə dəfə bu məsələyə toxunmuşam, bir də demək istəyirəm. Çünki müharibə dövründə apardığımız əməliyyatların hamısı haqqında danışmaq hələ tezdir. Ancaq ən vacib göstərişlərimdən biri də o idi ki, əməliyyatlar planlaşdırılarkən və həyata keçirilərkən biz qarşımıza qoyduğumuz hədəfə minimum itkilərlə çataq. Hesab edirəm ki, buna nail olmuşuq".

Bu fikirləri Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.

"Bəli, biz üç minə yaxın şəhid vermişik. Onların hər birinin həyatı çox qiymətlidir. Ancaq onu da bilməliyik ki, apardığımız müharibədə itkilərimiz daha da çox ola bilərdi. Çünki, birincisi əks-hücum əməliyyatı keçirən tərəf adətən, bir qayda olaraq, daha çox itki verir - müdafiə olunan tərəfdən ən yaxşı halda üç-dörd dəfə çox. Bunu hərbçilər daha yaxşı bilirlər. Digər tərəfdən, azad edilmiş torpaqların relyefi bizim üçün çox əlverişsiz idi. Qarşı tərəf üçün əlverişli idi. Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər. Onlar bilmirdilər ki, Azərbaycan xalqı bu 30 il ərzində bir amalla yaşayır: nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edək. Biz bu amalla yaşamışıq. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi", - dövlət başçısı bildirib.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ