hemle

Həsənbala Sadıqov: Tovuz döyüşləri Vətən müharibəsində qələbənin carçısı oldu

Tarix:14-07-2021, 10:00
Baxış Sayı:287

Bu gün 1 ili tamam olan həqiqi mənada Azərbaycanın 44 günlük qalibiyyətli Vətən müharibəsinin çarşısı olan Tovuz döyüşlərinin- mövqelərimizi ələ keçirmək üçün erməni təxribatının bilinməyən cəhətləri də az deyildir. Əvvəlcə bir məsələyə dəqiqlik gətirməyə ehtiyac vardır. İstər 2016-cı il döyüşlərində, istərsə də 2020-ci ilin yayında Ermənistan ordusunda və ölkə ictimaiyyəti arasında çox ciddi psixoloji məğlubedilmişlik ruhu var idi. Psixoloji mübarizəmizdə ən başlıcası erməni zabit və əsgərlərinin müqavimət gücünün ortadan qaldırılma sı idi. Azərbaycan ordusu daha çox itki vermədən ölkə torpaqlarını işğaldan azad etmə imkanı əldə edə bilərdi. Ermənistan ordusu bölmələri Tovuz rayon istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya qurğularından istifadə edərək hücuma cəhd ediblər. Azərbaycan silahlı qüvvələrinin əks həmləsi və cavab atəşi ilə düşmənə ağır zərbələr endirilib, ərazi itkisinə yol verilməyib.
2020-ci il 12 iyulda Tovuz hücumu Ermənistanın Azərbaycana qarşı ənənəvi olan və heç vaxt xarici siyasətinin gündəliyindən düşməyən yeni ərazi iddialarının silahlı vasitələrlə həyata keçirilməsinə cəhd idi. İşğalçı Ermənistan dövlətinin Tovuz hücumu nəticəsində düşmən tərəfi etiraf etməsə də böyük sayda canlı itgi verdi. Ermənistan silahlı qüvvələri geri çəkilməyə və eyni zamanda dövlətlər arasında olan atəşkəsi bərpa etməyə məcbur olundu. Azərbaycan və Ermənistan tərəflərindən heç birinin mövqelərində əhəmiyyətli dəyişiklik olmadı.
Qeyd olunan neqativ halları aradan qaldırmaq üçün Ermənistana qalibiyyətli və çox ümid bağladığı “Tovuz səfəri” çox lazım idi. Əsassız olaraq inanmağa çalışırdı ki, kiçicik bir qələbə Ermənistanda ictimaiyyətin və ordunun Azərbaycan tərəfindən tapdalanmışlıq ruhunu dirçəldə biləcəkdir. Ona görə də Ermənistan Tovuz döyüşlərində psixoloji hərb vasitələrindən aktiv istifadə edirdi. Hərbi və psixoloji ekspertlər Ermənistanın Tovuz əməliyyatında üç mühüm nöqtəni diqqətdə saxladığını çox düzgün olaraq qeyd edirlər.
Azərbaycan ictimaiyyəti əzəli torpağı olan Qarabağın işğalı ilə heç vaxt barışmamış və daima azad etmək üçün vasitələr axtarırdılar. Birinci olaraq Ermənistan respublikası Azərbaycan ictimaiyyətini yanıltmaq istəyirdi. İkinci, cəbhədə döyüşən ordunun müqavimət gücünü qırmaq istəyirdi. Üçüncüsü isə beynəlxalq ictimaiyyəti aldatmaq idi. Tovuz döyüşlərinin Azərbaycanda milli oyanışa təkan verdiyini tarix bir daha aydın göstərdi və təsdiq etdi.
2020-ci il iyul ayının 12-si ermənilərin Tovuz hücumuna qədər ilin və ayın adi günlərindən biri idi. Ermənistanın şıltaqlıq və hərbi əsası olmadan süveren respublikaya qarşı təcavüz etməsi Azərbaycan respublikasını cavab verməyə məcbur etdi. 12 iyul tarixində Erməni Silahlı Qüvvələrinin Tovuz istiqamətində Ermənistan-Azərbaycan sərhədindəki postumuza ağır silahlardan hücum etməsi nəticəsində yeni bir döyüş başladı. Beynəlxalq media məkanında, beynəlxalq təşkilatlar çərçivəsində və diaspor nümayəndələri arasında yaşanan bu müharibədə hər iki tərəf “psixoloji hərb” vasitələrindən aktiv istifadə etdilər. Beynəlxalq təşkilatların Ermənistanın Tovuz hücumları dövründə aldığı qərarları Azərbaycan üçün o dövrdə çox vacib olan psixoloji üstünlük təşkil etdi. Tovuza qarşı erməni hücumu beynəlxalq təşkilatların Azərbaycan lehinə qərar verdiyi bir dövrdə keçirdildi.
Xüsusilə Ermənistanın ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın gözlədiyi qərarı qəbul etməməsi ölkə ictimaiyyətində müttəfiqlərinə olan inamın azalmasına səbəb oldu və təkləndikləri düşüncəsi hakim oldu. KTMT Katibliyi bir şərh yayımladı (issued) “KTMT Katibliyi, 12 iyulda Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında ağır texnika istifadəsi daxil olmaqla silahlı toqquşmadan sonra yaranan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlığını bildirirdi. ” Onlar münaqişə tərəflərini “KTMT-nin məsuliyyət zonasında atəşi dərhal dayandırmağa” çağırdılar. Bəyanatda deyilir: “Mövcud vəziyyət Ermənistan KTMT üzvü, Ermənistan və Azərbaycan rəhbərliyi səviyyəsində əldə edilmiş atəşkəsin pozulması sübut edir ki, iki qonşu dövlətlərin sərhədlərinin həllinə töhfə deyil.”
Prezident İlham Əliyev, Ermənistan tərəfi gəlsin təkbətək döyüşək, açıqlamasını verərək Ermənistan üstündə bu psixoloji təklənmiş hisslərini artırmağa xidmət edirdi. Azərbaycanın Vətən müharibəsindən əvvəl psixoloji qələbəsi gözlənildiyi kimi Ermənistanda siyasi qarşıdurmanı qüvvətləndirirdi. Bu da düşmən ölkədə mərkəzi hakimiyyətin tez-tez dəyişməsinə səbəb ola bilərdi. Nəticədə Ermənistanın cəbhədə vuruşmaq üçün hazırlanmış ordusu başsız qalıb dağıla bilər və ya ordu daxili siyasi mübarizəyə cəlb oluna bilərdi ki, bu da cəbhədə üstünlüyün Azərbaycanın tərəfinə keçməsi ilə nəticələnə bilərdi..
KTMT-nin digər üzvləri Qazaxıstan və Qırğızıstan isə Türk Şurası çərçivəsində Azərbaycana dəstək verdi. Digər tərəfdən, 120 üzvü olan Qoşulmama Hərəkatı da Azərbaycan dəstək verdi.
Tovuz döyüşlərinin Azərbaycan tarixinin qızıl səhifəsi olması onunla əlaqədardır ki, haradasa ermənilərə görə qəfil yaxalanmış Azərbaycan Ermənistan silahlı qüvvələrinə qarşı heç gözləmədikləri sarsıdıcı zərbə vurdular. Tovuz vuruşmasının başqalarından bir də ən mühüm fərqi onda idi ki, bu Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafındakı rayonların sərhədində deyil, Ermənistan Azərbaycan sərhədində baş verməsi ilə yadda qaldı.
Beləliklə, 12 iyul 2020-ci ildə başlayan Tovuz döyüşləri son nəticədə Azərbaycan Ordusunun böyük qələbəsi ilə yekunlaşaraq tarixə çevrildi.
2020-ci il iyulun 12-də Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb və Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləmişdir.
Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edən bəyanat yayıb və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğunu bildirib. 15 iyulda ARF Daşnaksütyun gəncləri nümayəndələri Ukraynanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək binaya borş ataraq bunun öz borşları olduğunu qeyd etdilər. “Ukrayna, provokasiya etmə” şüarları səsləndirdilər։ “Təcavüzkarı dəstəkləmə” . (24news.am)
2020-ci il iyulun 13-də Rusiya Xarici İşlər Naziri Sergey Lavrov tərəfləri dərhal atəşi dayandırmağa, təmkin nümayi etdirməyə və üzərlərinə götürdüyü öhdəlikləri, habelə Rusiya, ABŞ və Fransa nümayəndələrinin Minsk Qrupu həmsədrləri qismində irəli sürdüyü təklifləri nəzərə almağa çağırdı.
Pakistan Xarici İşlər Nazirliyi həyatını itirmiş azərbaycanlıların ailələrinə dərin hüznlə başsağlığı verib.
Britaniya parlamentinin bir qrup üzvü Ermənistanı “təcavüzkar” adlandıraraq onların son hərəkətlərini qınayan qərar imzalamışdılar,
Tovuz döyüşlərinin başlanması ilə əlaqədar mənbələrdə çox fərqli faktlar, yanaşmalar, hətta tapmaca xarakterli məlumatlar da vardır. Öncə çox vacib olan məsələ Ermənistan respublikasının 1994-cü ildən mövcud olan atəşkəs rejiminə nə dərəcədə riayət etməsidir. Əgər 1994-2020-ci illər arasında olan dövrdə Azərbaycan Müdafiə Nazirliyinin məlumatını nəzərə alsaq elə bir gün olmamışdır ki, Ermənistan respublikası atəşkəsi pozmasın.
Real vəziyyət bundan ibarətdir ki, 12 iyul 2020-ci ildə bu dəfə günorta saatlarından başlayaraq kimsədən çəkinmədən Ermənistan respublikasının silahlı qüvvələri atış hazırlığına gətirilmişdir. Ermənistan respublikasının silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozmağa başlamışdır. Hərbi məlumatda oxuyuruq:”12 iyul 2020-ci il tarixdə Ermənistan respublikasının silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.” Lakin hərbi məlumatdan da göründüyü kimi qeyd olunanlar mütəmadi olaraq Ermənistan respublikasının atəşkəsi pozmasından çox fərqli idi. Düşmən davamında vəziyyəti daha da gərginləşdirmişdir. Düşmən daha sonraAzərbaycan Ordusunun Tovuz rayonu ərazisində yerləşmiş hərbi hissələrimizin mövqelərini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam etmişdir.
Bu atəşkəsin adi atəşəslərdən olmaması da hərbi mənbələrdə xüsusi ilə qeyd edilmişdir. Azərbaycanın sırhəd müşahidə qüvvələrinin verdiyi məlumata görə 12 iyul günü Ermənistan respublikasının silahlı qüvvələri daha ağır texnikanı da sırhədə doğru yaxınlaşdırırdı. Bir mənbədə qeyd edilir:” İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub.” Bu yerdəyişmələr hər hansı bir təsadüflə əlaqədar deyildir. Bu əvvəlcədən hazırlanmış böyük planın tərkib hissəsi idi. Planın reallaşmasının nəticəsi bundan ibarət oldu ki, həmin gün Ermənistan respublikasının Silahlı qüvvələri Tovuz rayonu ərazisində dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Mənbələrdə çox sevindirici məlumatlar var: “Amma düşmənin bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edilib.” Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.
Ermənistan respublikası Silahlı qüvvələrinin Azərbaycana qarşı Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhidlik zirvəsinə yüksəlmişdir. Daha 5 nəfər yaralanmışdır. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib
Hadisələrin gedişi göstərdi ki, Ermənistan respublikasının Silahlı qüvvələrinin Tovuz istiqamətində hücumu növbəti gün də davam etməyə başladı. Azərbaycan respublikası Müdafiə nazirliyinə aid mənbələrədə qeyd edilir:”Tovuz istiqamətində gərginlik iyulun 13-nə keçən gecə də davam etmişdir Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib..”
Yalan və qarayaxma Ermənistan respublikasının bütün zamanlar üçün ən böyük silahıdır. Bunu ondan görmək olar ki, Tovuz istiqamətində hücuma keçən düşmən amma öz itkilərini gizlətməyə çox ciddi cəhd göstərirdi. Adətən əvvəllər olan atəşkəsin pozulması bir neçə dəqiqə çəkirdi.Azərbaycan Müdafiə nazirliyinə aid məlumatda qeyd edilirdi:“Həmin günü Tovuz istiqamətində ağır artilleriya qurğuları yenidən işə düşüb. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutub.” Tovuz döyüşlərinin xronologiyasına baxdıqda məlum olur ki, Tovuz döyüşləri iyulun 14-də də davam edib. Müdafiə Nazirliyinə aid mənbələrdə 13 və 14 iyul tarixlərində Azərbaycan respublikasının Tovuz rayonunda ermənistanla olan sərhəddə hərbi fəallığın müşahidə edildiyi bildirilir:” Düşmən iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub”
Ermənistan respublikasının Silahlı qüvvələrinin təxribat xarakterli hücumları Azərbaycan Silahlı qüvvələri üçün nəticəsiz sovuşmadı. Çox təəsüflə qeyd etməliyik ki, .düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən daha 5 hərbi qulluqçu və başqaşəhidlər də olmuşdur.
Tovuz döyüşləri haqqında verilən məlumatlarda qeyd edilir ki, 15 iyul 2020-ci il tarixdə axşam saatlarında döyüşlər səngimişdir və cəbhədə nisbi sakitlik yaranmışdır. Yenə mənbələrə müraciət edək:” iyulun 16-sı səhər saatlarında döyüşlər yenidən başlayıb. Həmin günü Azərbaycan Ordusunun bir hərbi qullquçusu şəhid olub. Düşmənin isə xeyli sayda hərbçisi və texnikası məhv edilib.”
Xronoloji olaraq 17 iyul 2020-ci il Tovuz döyüşlərinin son günüdür. Ermənistan respublikasının Silahlı qüvvələrinin təcavüzü- Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və bu təcavüz nəicəsində heç bir ərazi itkisi olmayıb.
Beləliklə, döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu qəhrəmancasına şəhid olub.
Dünyanı mat qoyan ən mühüm məsələrdən biri çətin zamanlarda azərbaycanlılar arasında meydana çıxan həmrəylik hərəkatıdır. Tovuz döyüşlərində də xalq bütün sahələrdə Azərbaycan ordusu ilə həmrəy və dəstək olduğunu nümayiş etdirirdilər. Ermənistan Silahlı qüvvələrinin tcavüzü-Tovuz döyüşləri zamanı böyük insan izdihamı ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib. Bu aksiyalar yalnız Tovuzda deyildir. Azərbaycanın hər yerində həmrəylik və dəstək aksiyası davam etmişdir. Mərkəzi mətbuat azərbaycanda başlanan həmrəylik və dəstək hərəkatı ilə əlaqədar yazırdılar:” İyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü baş tutub. Yürüşdə xalq Azərbaycan Ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini yüksək səviyyədə bəyan ediblər.”
Ermənistan respublikasının Tovuz istiqamətində təcavüzü ilə əlaqədar olaraq. Prezident İlham Əliyevin xalqa çağırışı səslənmişdir. Bunun nəticəsi olaraq “səs verən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət edərək könüllü olaraq döyüşlərdə iştirak etmək arzularını bildiriblər.” Tovuzda başlanmış müharibədə Azərbaycan xalqı qısa müddət içərisində səfərbər edildi. Burada respublikada Ermənistana qarşı aparılan psixoloji müharibənin vəziyyəti də mühüm rol oynayırdı. Azərbayca n xalqında uzun illşərin məğlubedilmişlik hissi nifrətini daha da artırırdı. Psixoloji müharibədə gücün mənbəyi güllə və silah deyil, müasir beynəlxalq münasibətlər sistemində aparıcı rola sahib olan məlumatdır/bilgidir. Məlumat kirliliyi içində ən doğru məlumatı əldə edən, onu düzgün istifadə edən, vaxtında daha çox kütləyə çatdıran və inandırıcılığı olan tərəf qarşı tərəfə üstün gəlir.
Tovuz döyüşləri ilə əlaqədar qeyd etməyə ehtiyac var ki, ona birincisi uzun illərdən bəri erməni üzərində qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri tariximizdə şərəfli yerini almışdır. Tovuz döyüşlərində qazanılan qələbə Azərbaycanda erməni işğalı ilə əlaqədar yeni fikirlərin meydana çıxmasına səbəb oldu. Bu mənada 5 gün davam edən Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı. Ermənistan Silahlı qüvvələrinin aciz və səriştəsizliyini ortaya qoymuş oldu.
Tovuz döyüşlərinin gətirdikləri ilə əlaqədar olaraq qeyd etməliyik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanılıb. Müharibənin döyüş hissəsini ordu aparır. Biz hamımız bir əsgər kimi bunun ideoloji tərəfini aparmalıyıq. Həssas olub, dövlətin rəsmi mövqelərini müdafiə etməliyik. Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatları yaymalıyıq. Düşmən hər zaman çalışır ki, ordumuzda inamsızlıq yaransın. Bunun üçün müxtəlif şayiələr yayırlar. Çox maraqlıdır ki, kor kar və lal dnyada yaşayırmış kimi Ermənistan Tovuz döyüşlərindən sonra yalandan qələbəsini elan edir. (https://hy.wikipedia.org/) Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan silahlı qüvvələrini atəşkəsi pozmaqda günahlandırdı və Azərbaycan hökumətini qınayırdı. Ermənistan rəsmisinin sözlərinə görə, “hərbi-siyasi rəhbərliyin təhdidi Azərbaycan təxribat fəaliyyət nəticələrinə görə tam məsuliyyət daşıyır.
. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad edilib.
Tovuzda olan uğurumuzun ilk nəticəsi ondan ibarət oldu ki, müharibənin taktik hədəfləri Azərbaycan cəmiyyətinin fəallığını artıra bildi. Eyni zamanda qazanılan qələbə düşmən tərəfin cəmiyyətini bizim tələblərlərə itaət etməyə məcbur edə bildik. Düşmən tərəfin komandir heyətinin və əsgərlərinin gücünün və müqavimətinin zəifliyini təsdiq edə bildik. Beynəlxalq ictimaiyyəti qələbə ilə əlaqədar olaraq bizim istəyimiz doğrultusunda məlumatlanmasını təmin edə bildik. Psixoloji müharibənin əsas hədəfi düşməni qorxutmaqdır. Artıq Ermənistan tərəfi qorxu sindromu bürümüşdür. Tarix isbat etmişdir ki, qorxan tərəf uduzur, qorxuya müqavimət göstərən tərəf bu müharibədən qalib çıxa bilir. Qısacası həm hərbi, həm də psixoloji olaraq Ermənistana qalib gəlmişdik.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?