hemle

Rusiyanın Qarabağda "xəritə oyunu": Üstünlüyü əldən vermək istəmir - NƏ BAŞ VERİR?

Tarix:6-07-2021, 08:26
Baxış Sayı:277

Ermənistan 15 nəfər diversantın Füzuli və Zəngilan rayonlarının ərazilərindəki minalanmış xəritələrə dəyişdirilməsinə görə Rusiyaya rəsmən təşəkkür edib.

Qeyd edək ki, iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsi müqabilində 15 hərbi cinayətkarı Ermənistana təhvil verib.
Siyasi müşahidəçilərin fikrincə, bu missiya Gürcüstandan daha çox ABŞ başda olmaqla Qərbin təşəbbüsü ilə həyata keçirilib. ABŞ-ın vasitəçiliyi ələ almaq səyləri Rusiyanı prosesdən kənarlaşdırmaq cəhdi hesab edilir. Hətta NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Ceyms Appaturay iyulun 1-də Gürcüstana səfəri zamanı Azərbaycan və Ermənistan arasında göstərdiyi vasitəçiliyə görə Baş nazir İrakli Qaribaşviliyə təşəkkür edib.

Xatırladaq ki, iyulun 3-də isə Rusiyanın Azərbaycandakı sülhmərmalı qüvvələrinin komandanı Rüstəm Muradov 6 aylıq həbs müddəti başa çatmış daha 15 nəfər diversantı Ermənistana təhvil verərək əvəzində Füzuli və Zəngilan rayonlarının 92 min minalanmış sahələrinin xəritəsini alıb. Rusiyanın bu addımı Qərblə rəqabət fonunda Rusiyanın təşəbbüsü yenidən ələ almaq cəhdi hesab edilir.

Bu barədə Cebhe.info-ya danışan MCP-nin sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın minalanmış ərazilərin xəritəsini, Ermənistanın isə diversantları tələb etməsindən Rusiya bir qayda olaraq, siyasi manipulyasiya vasitəsi kimi istifadə edib:

“Azərbaycan Rusiya ilə minalanmış sahələrin xəritələrlə bağlı problemi müzakirə edib. Amma Rusiya burada maraqlı olmayıb. Çünki Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin gərgin olmasında maraqlıdır.
Hətta Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan qeyd etmişdi ki, biz Sergey Lavrova minalanmış ərazilərin xəritələrini vermişdik. Göründüyü kimi, Rusiya Azərbaycana heç bir xəritə verilıməyib. Müharibədən sonra Azərbaycana verilən xəritələr də saxta çıxmışdı. ABŞ-ın məlum vasitəçiliyindən sonra məlum oldu ki, regionda siyasi mənzərə dəyişə bilər. Qərbin vasitəçiliyi uğurlu oldu. Bu da Rusiyanın Azərbaycan və Ermənistan arasında birtərəfli vasitəçi olmaq siyasətinə kölgə salır.

Minalanmış ərazilərin xəritəsi ilə bağlı Rusiyanın müəyyuən gözləntiləri var idi və bu məsələdən Azərbaycana qarşı təzyiq etmək istəyirdi. Məqsəd Azərbaycanı Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə daxil etmək idi. Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyi nəticəsində Rusiyanın bu planı reallaşmadı. Rusiya çətin duruma düşdü, Füzuli və Zəngilanın minalı xəritələrinin alıb verilməsində vasitəçilik etdi. Ancaq mən burada Rusiyanın fəal rol oynadığını düşünmürəm. Avropa İttifaqı rəsmiləri Azərbaycana və Ermənistana münbasibətlər qurmaq üçün çağırışlar edir. Ötən həftə Avropa Birliyinin üç ölkəsinin xarici işlər nazirləri Azərbaycana və Ermənistana səfər etdi.

Avropa Birliyinin Genişlənmə və Xarici Siyasət üzrə komissarı yaxın günlərdə bölgəyə səfər edəcək. Rusiyanın bu dəfə diversantları xəritələrə dəyişməklə mövqelərini gücləndirməyə çalışsa da, prosesdə əsas rolu Qərb oynayır. Ona görə də Rusiya reallığı qəbul edərək belə addım atmağa məcbur oldu”.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ