hemle

Azərbaycanda avtomobillər sürətlə bahalaşır - SƏBƏB

Tarix:29-06-2021, 14:50
Baxış Sayı:275

Rəsmi məlumatlara əsasən, son bir ildə Azərbaycanda minik avtomobillərinin qiyməti 2 faiz yüksəlib.

2020-ci ilin mayında bir ədəd minik avtomobilinin orta qiyməti 34,84 min manat olduğu halda, 2021-ci ilin mayında 35,5 min manata yüksəlib. Bir il ərzində minik avtomobillərinin orta qiymətində 660 manat artım var.

Statistik məlumatların müqayisəsi göstərir ki, mövcud qiymətlər 2015-ci ildə olan devalvasiyadan sonrakı ən yüksək qiymətlərdir. 2016-cı ilin mayında minik avtomobillərinin orta qiyməti 22,58 min manat idi. Həmin tarixlə müqayisədə minik avtomobillərinin qiyməti 57 faiz artıb.

Bəs, avtomobil bazarında nə baş verir? Hansı amillər qiymət artımlarına səbəb olur?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sfera.az saytına açıqlamasında avtomobil bazarında son bir neçə ildə qiymətlərin kəskin yüksəlməsini yeni avtomobillərin idxal xərclərinin artması ilə əlaqələndirdi. Son illərdə idxal edilən avtomobillərlə bağlı gömrük xərclərinin artdığını söyləyən ekspert qeyd etdi ki, idxalçılar bir neçə il əvvələ nisbətən indi daha çox vergi ödəyirlər:

"Qəbul edilən inzibati qərarlarda əsas məqsəd idxalın azaldılmasıdır. 2014-cü ildən ekoloji standartların tətbiqi, kreditləşmənin məhdudlaşması, gömrük rüsumlarının və aksiz vergisinin artırılması idxal edilən avtomobilləri bahalaşdırır. İdxal edilən avtomobillər bahalaşdığından ölkəmizdə olan köhnə avtomobillərin də dəyəri yüksəlir. Məsələn, 2015-2016-cı illərdə 10 min manata satılan istismarda olan avtomobilin qiyməti hazırda 15-16 min manatdır. Məntiqlə köhnəlməyə görə həmin nəqliyyat vasitəsinin qiyməti düşməli idi. Amma qəbul edilən qərarlara görə yeni avtomobillər bahalaşdığından alıcılar köhnə avtomobil bazarına yönəlir ki, bu da qiymətləri artırır”.

R.Osmanlı hesab edir ki, yeni avtomobillərin idxal şərtləri yumşaldılmasa, avtomobil bazarında qiymətlərin artması davam edəcək. Onun fikrincə, bu halda avtomobil parkı bir qədər də köhnələcək.

Digər xəbərlər
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR
11:32 ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib
11:28 Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
11:27 Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR