hemle

Sahibə Qafarova Macarıstana getdi

Tarix:28-06-2021, 10:07
Baxış Sayı:276

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 28-dən iyulun 1-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində rəsmi səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Kamilə Əliyeva, Elman Nəsirov, Asim Mollazadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Milli Məclisin Sədrinin ölkənin Baş naziri, Milli Assambleyanın sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin bugünü, gələcək inkişaf istiqamətləri və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Burada Milli Məclisin Sədri Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində, Diplomatik Akademiyada olacaq, məruzə ilə tədbir iştirakçıları qarşısında çıxış edəcək.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...