hemle

Nuru Səfərov vəfat etdi

Tarix:9-06-2021, 12:33
Baxış Sayı:557

Xəzər Universitetinin Təbiət Elmləri və Mühəndislik fakültəsinin Fizika və Elektronika departamentinin müdiri vəfat edib.

Universitetdən verilən məlumata görə, departament müdiri Nuru Səfərovun ölümünə səbəb insult olub.

Qeyd edək ki, Nuru Səfərov 18 oktyabr 1966-cı il Azərbaycan Respublikası Neftçala rayonu Xəzər kəndində anadan olub və 1983-cü ildə Bakı şəhəri 1№-li fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirib. 1983-cü ildə Ukrayna Respublikasındakı Dnepropetrovsk Dövlət Universitetinə radiofizika fakultəsinə qəbul olub, 1988-ci il oranı radiofizika və elektronika ixtisası üzrə bitirib. 1988-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Fizika İnstitutunun "Registr" xüsusi konstruktor bürosunda mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1990-1994-cü illər ərzində Fizika İnstitutunun aspiranturasında əyani təhsil alıb. 1997-ci ildə "Optik örtüklü silisium günəş elementlərində fotovolt və radiasiya effektləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Yarımkeçiricilər fizikası sahəsində mütəxəsis olaraq, silisium günəş elementlərinin üzərinə müxtəlif tərkibli şəffaf optik təbəqələrin çəkilməsi texnologiyasını işləyib hazırlayıb, bir və iki təbəqəli silisium günəş elementlərinin effektivliyinin artım mexanizmini, şəffaf təbəqələrin elementlərin radiasiyaya qarşı davamlılığına təsirini tədqiq edib. 2007-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professoru adına layiq görülüb. 70-ə yaxın elmi məqaləsi var, o cümlədən 5 ixtira müəllifidir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ