hemle

"Pul ayrılır, nəticə yoxdur" - Nazirdən İTTİHAM

Tarix:8-06-2021, 13:45
Baxış Sayı:10

“Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən vəsait ayrılıb. Hesab edirəm ki, bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə vermək olar”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ölkə prezidentinin müvafiq sərəncamı ilə milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb: “Konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub. Ancaq biz onu qəbul etməmişik. Çünki biz orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə biz hər hansı ekran əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ