hemle

Əli Əsədov Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda - FOTO

Tarix:20-05-2021, 17:15
Baxış Sayı:264

Mayın 20-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya rəsmi səfər çərçivəsində Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda olub.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir Əli Əsədov “Azərbaycan” pavilyonunda əsaslı bərpa və təmirdən sonra yaradılmış şəraitlə tanış olub.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin tarixi barədə məlumat verib. Bildirilib ki, “Azərbaycan” pavilyonu 2019-cu ilin noyabrında yenidən açılıb. Pavilyonun açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, milli-memarlıq üslubu saxlanılmaqla həyata keçirilib.

Hazırda burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlar sərgilənir. “Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir.






Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?