“Azərbaycan Prezidenti ilə Gürcüstanla Azərbaycanın strateji tərəfdaşlığı mövzusunda əla görüş oldu”.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşü barədə sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
“Qarşılıqlı maraq doğuran mövzular, o cümlədən münaqişələrin sülh yolu ilə həlli, iqtisadiyyat, energetika və ticarət sahəsində əməkdaşlıq, həmçinin regional miqyaslı layihələr müzakirə olundu”, - deyə baş nazir bildirib.