hemle

Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb – SƏRƏNCAM

Tarix:4-05-2021, 18:43
Baxış Sayı:276

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyasının sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, üzvləri isə müdafiə və daxili işlər nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavinidir.

Komissiyanın qərarı ilə dövlət orqanlarının (qurumlarının) nümayəndələri Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər.

Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı