hemle

Bu gün deputatlar 11 məsələ barədə qərar verəcək - SİYAHI

Tarix:4-05-2021, 09:26
Baxış Sayı:257

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

hemlemedia.az
-ın məlumatına görə, iclasın gündəliyinə aşağıdakı daxildir:

1. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Qanin, qan komponentlərinin donorluğu və qan xidməti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında", "Arıçılıq haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Təhsil haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında", "Psixoloji yardım haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. "Dənizçilərin şəxsiyyət sənədləri haqqında" 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"nin və "Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə" Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR