hemle

Baş Prokurorluq Slavyan Universitetinin sabiq şöbə müdiri barədə cinayət işi başlatdı

Tarix:29-04-2021, 16:39
Baxış Sayı:327

Bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluq tərəfindən bildirilir ki, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olan çoxsaylı şikayətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanmış sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcəkdir.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı