hemle

Türkiyə və Azərbaycan səmərəli istehsal sahəsində əməkdaşlıq edəcəklər

Tarix:27-04-2021, 10:37
Baxış Sayı:343

Türkiyə və Azərbaycan səmərəli istehsal sahəsində əməkdaşlıq edəcək.

Bu barədə Trend-ə Türkiyə Sənaye Texnologiya Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, səmərəli istehsal sahəsində əməkdaşlıq məqsədi ilə iki ölkə arasında aidiyyəti qrupların səfərləri nəzərdə tutulub.

Bütün bunlarla yanaşı Türkiyə və Azərbaycan arasında sənaye parkları, zonaları və məhəllələri ilə bağlı da təcrübə mübadiləsi həyata keçiriləcək.

“Bunun üçün tərəflər arasında qarşılıqlı səfərlər təşkil olunacaq”, - deyə nazirlikdən bildirilib.

Məlumata görə, Azərbaycanla bundan sonra da müxtəlif sahələrdə əməkdaşlıq ediləcək. Sənaye və texnologiya sahəsində əməkdaşlıq hər iki dövlətin maraqlarına xidmət etməklə yanaşı, eyni zamanda təcrübə mübadiləsinin də artmasına təkan verəcək.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ