hemle

Rəşad Nəbiyev İraq Parlamentinin nümayəndə heyəti ilə görüşdü - FOTO

Tarix:6-04-2021, 16:52
Baxış Sayı:322

Bu gün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olan İraq Parlamentinin nümayəndə heyəti ilə görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı ölkələr arasında nəqliyyat, kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın gələcək perspektivləri, o cümlədən İraq tərəfinin müxtəlif sahələrdə Azərbaycan təcrübəsindən yararlanma imkanları müzakirə edilib.

Görüşdə həmçinin Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi və hava daşımaları sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.


Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ