hemle

Generallar niyə həbs olunub? - İLGİNC

Tarix:6-04-2021, 08:55
Baxış Sayı:390

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş iki general həbs olunub. Bunlar nazirliyin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik etmiş Nizami Şirinovdur.

Adları çəkilən generallar aprelin 5-də Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib və təqsirləndirilən şəxs qismində tanınıblar. Onların istintaq dövründə həbsdə saxlanması üçün məhkəməyə təqdimat verilib. Nəsimi rayon Məhkəməsində təqdimata baxılıb və təmin olunub. Keçmiş MTN generallarının barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti də məlumatı təsdiqləyib.

“Yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə prokurorluqdan “Press Klub”a bildirilib.

Hər iki general Eldar Mahmudov nazir olduğu dövrdə MTN-də idarə rəisi olub. 2015-ci ilin oktyabrında Mahmudovun nazir postundan uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən 5 generalın həbsi ilə nəticələnən əməliyyatdan sonra Şıxəliyev və Şirinov da postları vidalaşmalı olublar. Onların hər ikisi Eldar Mahmudova yaxın şəxslər sayılırdılar.

MTN-lə bağlı cinayət işində həm Nizami Şirinovun, həm də Mövlan Şıxəliyevin adı hallanırdı. MTN-də təzyiqlərə məruz qaldığını, pul və əmlaklarının əllərindən alındığını deyən zərərçəkmişlərin bir neçəsi ifadələrində Şirinov və Şıxəliyevin də adını çəkmişdi. Xüsusən Şıxəliyevin ünvanına ittihamlar daha çox idi. Bu səbəbdən o, Bakı Hərbi Məhkəməsində MTN-çilərdən birinin məhkəməsində şahid qismində də dindirilmişdi. Hətta məhkəmənin yekun hökmündə prokurorluğun onunla bağlı araşdırma aparması üçün hakim xüsusi qərar da çıxarmışdı.

“Mən buna söz deməyə xəcalət çəkirəm. Amma bunlar mənim evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlan Şıxəliyevin otağında olmuşam. Mövlan mənə dedi ki, “şefin göstərişi var, ya həbs edilməlisən, ya da pul verməlisən”. Mən Eldar Mahmudovu “OBXSS”də işləyəndən tanımışam. Mövlan əvvəl 1 milyon, sonra 700 min dollar istədi. Axırda 500 min dollara düşdü. Bu pulun 200 min dollarını Mövlana, 300 min dollarını isə Vüsal Ələkbərova vermişəm”, – məhkəmədə zərərçəkmiş iş adamı Namil Rzayev belə demişdi.

Şıxəliyev isə həmin iclasda zərərçəkmişin dediklərini təkzib edərək, nə nazirdən göstəriş, nə də bu adamdan rüşvət aldığını bildirmişdi.

Vaxtilə MTN əməkdaşları tərəfindən qanunsuz silah saxlama ittihamıyla həbs olunan Mətləb Mustafayev isə Şıxəliyevi məhkəməyə verərək ondan təzminat tələb edirdi. M. Mustafayev sonradan bəraət almışdı. O, qanunsuz həbsinə görə generalı ittiham edirdi. Məhkəmə əsassız həbsdə saxlanmasına görə ona 5 min manat təzminat ödənilməsinə qərar verdi. Lakin vəsaitin Şıxəliyevdən alınması yox, Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi qət edildi. //pressklub.az//

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış