hemle

Ceyhun Bayramov Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib

Tarix:2-04-2021, 18:41
Baxış Sayı:277

Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda çıxış edən nazir, iclasın gündəliyinə uyğun mövzulara diqqəti yönəldərək, humanitar sahədə əməkdaşlığın davam etdirilməsinin bundan sonra da dövlətlərarası münasibətlərin möhkəmlənməsinə və Birliyin inkişafına töhfə verəcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov “Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlət başçılarının 1941-1945 – ci illər Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Birliyə üzv dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında” Qərarını xüsusilə vurğulayaraq, Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfəsini diqqətə çatdırıb.

Qərarının qəbul olunmasının nasizm ideologiyasına və onun müxtəlif təbliğat formalarına qarşı mübarizədə böyük əhəmiyyətə malik olduğu bildirilmiş, bu gün də MDB məkanında nasizmin təşviq olunduğu təəssüflə qeyd olunmuş və bu xüsusda, Ermənistanın paytaxtının mərkəzində faşist Qaregin Njdeyə abidə qoyulduğu misal kimi səsləndirilib. Nazir vurğulayıb ki, faşizmin qəhrəmanlaşmasına MDB məkanında yer olmamalıdır.

Daha sonra nazir, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Ermənistanın işğalı altında olan ərazilərinin azad edildiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasını vurğulayıb. 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın qəbul edilməsində Rusiya Federasiyasının səyləri xüsusilə də, Prezident Vladimir Putinin fəal vasitəçiliyi yüksək qiymətləndirilib.

Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən xarici işlər naziri, bölgədə təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi üçün yeni bir formatın yaradıldığını məmnunluqla vurğulayıb.

Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini işğal zamanı bütün şəhərlər və qəsəbələrin dəhşətli dağıntılara və vandalizm əməllərinə məruz qaldığına, dini və mədəniyyət abidələrinin qəsdən talan edilməsinə, məscidlər donuz tövləsinə çevrilməsinə yönəldib. Hazırda bu ərazilərin yenidən qurulması və bərpa olunması işlərinin həyata keçirildiyini qeyd olunub.

Nazir, həmçinin üçtərəfli bəyanatlar çərçivəsində əldə olunan razılaşmaları yüksək qiymətləndirərək, kommunikasiyaların açılmasının bütün regionun xeyrinə olacağını və regional əməkdaşlıq üçün yeni perspektivlər açacağını tədbir iştirakçıların diqqətinə çatdırıb.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir və üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb. Eyni zamanda, nazir Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatına zidd əməllərinə diqqəti cəlb edib, o cümlədən Ermənistan hərbçilərinin Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycana işğaldan azad olunmuş ərazilərinin minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyini bildirib.

Çıxışın sonunda nazir beynəlxalq ictimaiyyətin və xüsusilə də, MDB-yə üzv dövlətlərindən ən yaxın tərəfdaşlarımızın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, bu ərazilərdə dinc yanaşı yaşamaq üçün müvafiq şərait yaradılması məsələlərində dəstəyinə ümid bəslədiyimizi səsləndirib.

Eyni zamanda, çıxışında nazir Ceyhun Bayramov gündəlikdə olan digər məsələlərə toxundu.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ