hemle

İlham Əliyev və Mehriban Əliyeva Bakıda yaradılan tanker-muzeyinin açılışında - YENİLƏNİB + FOTO/VİDEO

Tarix:1-03-2021, 15:53
Baxış Sayı:501

Martın 1-də Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub.

AZƏRTAC xəbər verir ki, dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.

Ölkəmizdə gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində də bir sıra layihələr həyata keçirilib. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən “Suraxanı” tanker-muzeyinin yaradılması dövlətimizin başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.

Dövlətimizin başçısına və birinci vitse-prezident fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası barədə də məlumat verildi. Bildirilib ki, əsərin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur. Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib.

13:03

Martın 1-də dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” tanker-muzeyinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak ediblər.













Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu