hemle

Prezident: “Ermənistan Xocalı soyqırımını törədəndə dünya susmuşdu”

Tarix:26-02-2021, 13:28
Baxış Sayı:319

“Ermənistan tərəfindən Xocalı soyqırımı törədiləndə dünya susmuşdu”.

Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bunun səbəblərindən biri yəqin o idi ki, o zaman məlumat qıtlığı var idi:

“Müharibə ilə bağlı məlumat birtərəfli idi. Ermənistan öz təbliğatını işə salmışdı. Azərbaycan tərəfi isə tamamilə aciz bir vəziyyətdə idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi. O vaxt Azərbaycan idarə olunmaz vəziyyətdə idi. Həmin illərdəki Azərbaycan indiki Ermənistanı xatırladırdı. Bacarıqsız idarəetmə, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması, ordu faktiki olaraq hakimiyyətin nəzarətindən çıxmışdı. Eyni mənzərəni bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız çox məhdud idi. Digər səbəb isə dünya bunu görmək istəmirdi. Bu müəyyən dərəcədə mövcud olan stereotiplərin əleyhinə olan mənzərə idi.

Birinci Qarabağ Müharibəsi başlayan zaman əksər ölkələrdə belə bir təsəvvür var idi ki, Ermənistan haqlıdır, Azərbaycan haqsızdır. Ərazi bütövlüyü məsələləri kənara qoyulmuşdu, ancaq xalqların öz müqəddaratı təyin etmə məsələsi ön plana çıxmışdır. Halbuki heç kim sual vermirdi ki, erməni xalqı öz müqəddaratını müəyyən edib və onların öz müstəqil Ermənistan dövləti var. Nə üçün ikinci Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmalıdır? Heç kim buna cavab verə bilmədi. Bu stereotiplər uzun illər davam etdi və bizə qarşı ədalətsizlik tətbiq olunurdu”.

Prezident bildirib ki, Sovet İttifaqı dağılandan sonra ABŞ Konqresi azadlığa dəstək aktı qəbul etmişdi:

“Bütün keçmiş müttəfiq respublikalara yardım dəstəyi üçün bu qanun qəbul edilmişdi.

Azərbaycanı oradan çıxardılar. Bunu erməni lobbisinin nümayəndələri etdilər. Onların bir çoxu indi də yüksək vəzifədədirlər. Səbəb o idi ki, Azərbaycan Ermənistanı mühasirəyə alıb. Biz bunu necə etmişik ki, torpaqlarımız işğal altına düşüb. Ancaq bizə qarşı sanksiyalar tətbiq olundu. Bu günə qədər o sanksiyalar hələ də qalır. Bu qədər ədalətsizlik ola bilərmi? O vaxt hakimiyyətdə olanlar buna qarşı addım ata bilmədilər. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək”.

“Stereotiplər isə belə idi ki, Ermənistan daim haqlı idi. Hətta son 1-2 il ərzində orada nə qədər müxalifət lideri həbs edildi, nə qədər insan öz hüquqlarından məhrum edildi, hətta siyasi qətllərdə baş verdi. Hansısa beynəlxalq təşkilat onları qınadımı? Yox. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”, - deyə İlham Əliyev qeyd edib.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ