hemle

Azərbaycan və Monqolustan XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Tarix:23-02-2021, 17:21
Baxış Sayı:276

Bu gün videokonfrans şəklində Azərbaycan və Monqolustan Xarici Işlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən verilən məlumata görə, Azərbaycan xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Monqolustan xarici işlər nazirinin müavini Minxjin Batsumber iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.

Ramiz Həsənov bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, üçtərəfli bəyanatlardan irəli gələn tədbirlərin həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə tərəflər Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı və bu xüsusda bir sıra təkliflər irəli sürülüb.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyi, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin inkişaf etdirilməsinin, o cümlədən kənd təsərrüfatı, xalçaçılıq, baytarlıq və digər istiqamətlər üzrə əməkdaşlığın, hüquq müqavilə bazasının möhkəmləndirilməsi üzrə işlərinin aparılmasının əhəmiyyəti qeyd edilib.

Görüşdə xalqlarımız arasında əlaqələrinin gücləndirilməsi, turizm, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı