hemle

İctimai nəqliyyatdan istifadə edənlərə 15 fevralla bağlı XƏBƏRDARLIQ

Tarix:13-02-2021, 14:39
Baxış Sayı:307

Bakı Nəqliyyat Agentliyi (BNA) xüsusi karantin rejimi çərçivəsində fevralın 15-dən ali məktəblərdə praktik əyani orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesi başlayacağını, nəzərə alaraq küçə və prospektlərdə, xüsusi ilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bu səbəbdən də hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

BNA-dan verilən məlumata görə, mövcud pandemiya şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.

Məlumat üçün bildiririk ki, gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ