hemle

İcra başçısı özünə 2 yeni müavin təyin etdi

Tarix:13-02-2021, 13:09
Baxış Sayı:307

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov özünə 2 yeni müavin təyin edib.

hemlemedia.az xəbər verir ki, müvafiq sərəncamlarla Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə, Adil Tağıyev isə Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, Məhərrəmov Kamran Məhərrəm oğlu bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində, Tağıyev Adil Arif oğlu isə Azərbaycan Texnologiya Universitetinin Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Hər iki müavin bu gün kollektivə təqdim edilib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı