hemle

İşçi qrupunun növbəti iclası keçirildi

Tarix:12-02-2021, 19:15
Baxış Sayı:319

Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin növbəti iclası keçirilib.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, iclas videokonfrans formatında keçirilib. Üçtərəfli işçi qrupun iclasında Azərbaycan tərəfdən Şahin Mustafayev, Rusiya tərəfdən Aleksey Overçuk, Ermənistan tərəfdən Mher Qriqoryan iştirak edib. Görüşdə Dağlıq Qarabağ və onun ətrafında təhlükəsizlik, həmçinin, regionda kommunikasiyaların bərpa olunması məsələləri müzakirə edilib.

Xatırladaq ki, üçtərəfli işçi qrup ilk iclasını yanvarın 30-da keçirib. Həmin iclasda dəmir yolu, avtomobil və kombinə nəqliyyat üçün; təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi üzrə ekspert alt qrupların yaradılması barədə razılığa gəlinmişdi.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı