hemle

Vahid Ələkbərov: “Neftdən imtina etmək vaxtı hələ çatmayıb”

Tarix:11-02-2021, 21:58
Baxış Sayı:332

“Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov bəyan edib ki, neft məhsulları müasir dünyanın təməlidir. Onun sözlərinə görə, neftdən imtina etmək vaxtı hələ çatmayıb.

“Kommersant” nəşrinin məlumatına görə, əslən azərbaycanlı olan milyonçu bu fikirləri şirkətinin sosial şəbəkə hesablarında paylaşılan videomüraciəti zamanı səsləndirib.

“Lukoil” rəhbəri bildirib ki, hazırda neftdən geyim, mebel, dərman, elektronika istehsalında istifadə olunur.

“Neftdən imtina etmək çağırışları mənasızdır. İnanın ki, hələ vaxtı çatmayıb”, - deyə V.Ələkbərov qeyd edib. O, şirkətinin tezliklə müasir dövrün tələblərinə cavab verən yeni inkişaf strategiyasını təqdim edəcəyini də bildirib.

Xatırladaq ki, pandemiya bütün neft şirkətləri kimi, “Lukoil”i də hasilatı azaltmağa vadar edib. Şirkət həmçinin neft məhsullarının emal həcmini də aşağı salıb.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ