hemle

Bakıdakı güclü yanğında ölən və yaralananlar var

Tarix:9-02-2021, 18:29
Baxış Sayı:314

Fevralın 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Oxu24.com -un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılması və bitişik evlərə keçməsinin qarşısı alınıb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Ximdətinin qərargah rəisi, polkovnik Xudat Nəbiyev isə APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, saat 15:17 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinə Əhmədli qəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Onun sözlərinə görə, hadisə yerinə Xətai rayon Dövlət Yanğından Mühafizə və digər yaxın rayonların bölmələr hadisə yerinə cəlb olunub: "Yanğın nəticəsində sahəsi təxminən 70 kv metr olan evin 25 kv metri yanıb. Yanğın söndürülüb, digər yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Yanğın kəşfiyyatı zamanı yataq xəstəsi olan qadının meyiti aşkarlanıb".

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu