hemle

Navalnının növbəti məhkəməsi keçirilir - Yenilənir

Tarix:5-02-2021, 14:24
Baxış Sayı:283

Moskvanın Babuşkinski məhkəməsi müxalif siyasətçi Aleksey Navalnının Böyük Vətən müharibəsi veteranına qarşı böhtanla bağlı işinə baxmağa başlayıb.

hemlemedia.az xəbər verir ki, ittihamçı tərəfin bir öncəki məhkəmədə olduğu kimi eyni prokuror olduğu bildirilib.

Zərərçəkən qismində Böyük Vətən müharibəsi veteranı İqnat Artemenko da video link vasitəsi ilə prosesdə iştirak edir.

Proses başlamazdan əvvəl məhkəmə binasının əhatəsinə Milli Qvardiya və polis əməkdaşları cəlb olunub.

İngiltərə və Fransa səfirliklərinin diplomatlarının da məhkəmə binasına gəldiyi bildirilib.

Qeyd edək ki, Navalnıya qarşı bu ittihama Böyük Vətən Müharibəsi veteranı Artemenkonun Rusiya Konstitusiyasındakı dəyişiklikləri dəstəklədiyi videonu şərh edərkən işlətdiyi ifadələr səbəb olub. İttiham aktına görə, blogger videonun altına qəsdən yalan və qazinin şərəf və ləyaqətini ləkələyən şərhlər yerləşdirib.

Təqsiri sübut edildikdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1-ci maddəsinin 2-ci hissəsi), ona cərimə və ya məcburi iş təyin edilə bilər.

Xatırladaq ki, 2 fevralda Moskvanın Simonovski Məhkəməsi Navalnının İv Roşe işi üzrə şərti cəzasının ləğv edilməsinə və ümumi rejimli koloniyada 3,5 illik cəza müddətinə dəyişdirilməsinə qərar vermişdi. Ev həbsində keçirdiyi müddət nəzərə alınaraq, Navalnının faktiki həbs müddəti 2 il 8 ay çəkəcək.

Digər xəbərlər
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
09:52 Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
09:45 Türkiyədən COP29-a neçə nəfər gəlib? - Nazir AÇIQLADI
09:43 Rusiyaya hücum, nüvə təhlükəsi və qlobal müharibə - Dünya üçün həlledici an
09:40 "Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
09:36 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini sərt TƏNQİD ETDİ
09:33 Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR