hemle

Prezidentin tapşırıqlarının icrasına nəzarət sistemi yaradılır - FƏRMAN

Tarix:30-01-2021, 17:02
Baxış Sayı:282

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin edən “Dövlət Nəzarəti İnformasiya Sistemi” yaradılır.

Bu barədə Azərbaycan Respublikası Prezidenti müvafiq fərman imzalayıb.

Fərmana əsasən, “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası” təsdiq edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətini təmin etmək, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün əsas səmərəlilik göstəricilərini müəyyən etmək və qiymətləndirməni aparmaq, həmçinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Dövlət Nəzarəti İnformasiya Sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək tapşırılıb.

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR