hemle

Azərbaycanda nə qədər benzin və dizel istehsal edilib? - FOTO

Tarix:21-01-2021, 10:22
Baxış Sayı:344

Azərbaycanda 2020-ci ildə 3 milyard 100,7 milyon manat dəyərində neft məhsulları istehsal olunub.

hemlemedia.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azdır.

Ölkədə 2020-ci il ərzində 1 milyon 166,7 min ton avtomobil benzini, 2 milyon 68,6 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 0,5 faiz artıb, dizel yanacağının istehsalı isə 0,6 faiz azalıb.


Eləcə də, neft məhsullarından neft bitumunun istehsalı 44,2 faiz, sürtkü yağlarının istehsalı 28,7 faiz artıb, ağ neftin istehsalı 24,7 faiz, neft koksunun istehsalı 17,4 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 39,3 faiz, yanacaq mazutunun istehsalı 51,4 faiz azalıb.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ