Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin yanvarın 11-də Moskvadakı görüşü yeni reallığın yaratdığı strateji hədəflərə istiqamətlənib.
Geosiyasi proseslərin davamı olaraq Azərbaycanın milli maraqlarının təmin edilməsi baxımından belə görüşlər çox zəruridir. Postmüharibə dövründə ortalığa çıxa biləcək təzyiqlərin dəf edilməsi kontektistində nəhəng tranzit layihələrin gerçəkləşməsi ilə bağlı əldə olunan razılaşmalar effektiv nəticələrə gətirib çıxara bilər.
Başqa bir seçimi olmayan Ermənistan iqtisadi cəhətdən tamamilə məhv olmamaq, dövlət kimi çökməmək üçün yeni reallığa uyğun olaraq bu təklifləri qəbul etməli idi. Bu iqtisadi layihələrdən imtina etməsi, yenə separatçılığa meyl göstərməsi ermənilərin daha acınacaqlı durumuna yol açacaqdı. Brifinq zamanı zavallı N. Paşinyanın dedikləri təbii ki, Ermənistanın daxili auditoriyasına hesablanmışdı. Onun Azərbaycanın və Rusiyanın diktəsindən kənara çıxmaq şansı yoxdu.
Güman edək ki, nəzərdə tutulan tranzit layihəri Azərbaycanın strateji maraqları çərçivəsində regiona sabitlik gətirəcək. Azərbaycanın sərhəd bütünlüyü təmin ediləcək.
İnanmaq istərdik ki, bundan sonra Rusiya sülhməramlı qüvvələri öz məsuliyyətini dərk edib missiyasını qüsursuz yerinə yetirəcək. Əks təqdirdə sülhməramlı missiyanın öz mandatından kənara çıxması, separatçılara isti münasibət göstərməsi Rusiyanın regionda nufuzuna ağır zərbə vura bilər. Bu da Rusiyanın maraqlarına uyğun deyil.
Əkrəm Bəydəmirli