hemle

Gözü zəif olan şagirdə “korsan” deyən müəllimə töhmət verildi - FOTO

Tarix:26-12-2020, 10:53
Baxış Sayı:454

Abşeron rayonunda gözü zəif görən üçüncü sinif şagirdinə “anormalsan, korsan” deyən müəllimə töhmət verilib.

“Qafqazinfo”nun xəbərinə görə, vətəndaş Nicat Məmmədov sosial şəbəkə hesabında məlumat paylaşaraq bildirib ki, bacısı qızı Masazır qəsəbəsində yerləşən məktəblərin birində təhsil alır:

“Sinif rəhbərləri uşaqlara məktəbdə normal dərs keçmir ki, əlavə 50 manata hazırlığa getsinlər. Bacım qızı da iki ay hazırlığa getdi, sonra qərara gəldik ki, hazırlığı saxlayaq. Uşağı hazırlıqdan çıxardığımız üçün bu “müəllimə” uşaqla prinsip aparmağa, ayrı-seçkilik etməyə başlayıb.

O gün də onlayn dərsdə uşağa “anormalsan, korsan” deyərək uşaqların içində təhqir edib. Uşağın gözündə zəiflik var, eynək taxır. Bacım normal olaraq mədəni şəkildə bu davranışın səbəbini soruşub, o da sərt cavab verib”.

Məlumat ictimailəşdikdən sonra Təhsil Nazirliyi məsələni nəzarətə götürüb.

Nicat Məmmədov bildirib ki, məktəb direktorunun təklifi ilə uşağın sinfi dəyişdirilib, həmin müəllimə isə izahatı alındıqdan sonra töhmət verilib.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan