hemle

İLLİK 5 MİLYARD DOLLARILIQ QAZANC LAYİHƏSİ - Naxçıvan dəhlizi...

Tarix:3-12-2020, 18:18
Baxış Sayı:341

Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdikdən sonra bölgədə yeni bir dövr başlayır. JAMAZ.İNFO xəbər verir ki, bunu türk mediasında çıxış edən analitiklər bildirirlər.

Onlar qeyd edirlər ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasındakı koridorun Bakının nəzarəti altına keçməsi siyasi və hərbi baxımdan mühüm əhəmiyyət daşısa da, ticari baxımdan da olduqca mühümdür. “Beləliklə, Türkiyə ilə Orta Asiyanı bir-birinə bağlayan davamlı bir yol meydana gəlir”.

Bu əsnada, Doğu Anadoludakı iş adamları isə indidən hazırlıqlara başlayıblar. Çünki yeni nəqliyyat dəhlizi ən çox faydanı onlara verəcək. Bbelə ki, Ərzurum bələdiyyəsinin başqanı Mehmet Sekmen bildirib ki, bölgənin Naxçıvan və İran sərhədlərinə açılan nöqtələrində 37 milyon lirəlik yollar inşa ediblər. “Bölgənin lojistik mərkəzini qurduq. Ərzurum və bölgədən orta dünyaya önəmli bir dəhliz yarandı. Ərzurum bölgəsi bu yol vasitəsi ilə daha cazibədar hala gələcək”.

Yeni dəhlizin bir bir hissəsi də İğdırdan keçəcək ki, bu məsələni şərh edən vilayətin Ticarət Ofisinin rəhbəri Kamil Aslan deyib ki, bu, İğdırın birbaşa Azərbaycana açılması deməkdir. “Yollar açıldıqdan sonra ilk mərhələdə ticarət dövriyyəmiz 3 qat artacaq. Əgər hər şey qaydasında gedərsə, ticarət dövriyyəsi 5 milyard dollara çata bilər”.

JAMAZ.İNFO xəbər verir ki, Doğu Anadolu İxracatçılar Birliyinin rəhbəri Ethem Tanrıver isə deyir ki, yeni dəhliz iqtisadi və turizm baxımından yeni bir dövrün başlamasına səbəb olacaq. Qars valisi Türker Öksüz deyir ki, lojistik mərkəzin tikintisi başa çatmaqdadır. “Bu mərkəz hazır olduqdan sonra mal və məhsullarımızı asanlıqla türk dövlətlərinə göndərə biləcəyik”.

Bu əsnada, “Sabah” qəzeti yerli iş adamlarına istinadən yazır ki, Naxçıvan dəhlizi açıldıqdan sonra ilk mərhələdə bölgəyə külli miqdarda inşaat materialları göndərilməsi planlaşdırılır. Məlumatda deyilir ki, işğaldan azad edilən torpaqlarda ermənilərin dəhşətli dağıntılar törətməsi səbəbindən daha çox inşaat mallarına ehtiyac olacaq. “Dəhlizin açılması ilə birlikdə, Dilucu Sərhəd Qapısı da ayrı bir status qazanacaq. İndiyə qədər 400 min əhalisi olan Naxçıvana açılan sərhədd idisə, bundan sonra Orta Asiyanın qapısına çevriləcək”.

Qeyd edək ki, türklərdən fərqli olaraq, Azərbaycan tərəfi Mehri dəhlizi açıldıqdan sonra Naxçıvan, oradan da Türkiyəyə uzanacaq nəqliyyat dəhlizindən nə qədər gəlir əldə edəcəyi barədə hələlik heç bir rəqəm açıqlamayıb.

Digər xəbərlər
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ
09:44 Rusiyada yaşayanların NƏZƏRİNƏ - Bunu edənlər 5 milyon rubla qədər CƏRİMƏ OLUNACAQLAR
09:42 Bakıda tarixi qərar qəbul olundu
09:40 İranın yeni paytaxtı ilə bağlı daha bir AÇIQLAMA
09:37 Astronavtlar BKS-də nə yeyirlər? - Rusiya onlara yeni il hədiyyələri göndərdi