hemle

"Bu qışı karantin rejimi ilə keçirməliyik"

Tarix:19-11-2020, 15:09
Baxış Sayı:355

"Bu qışı karantin rejimi ilə və tələblərə ciddi əməl edərək keçirməliyik"

Eləcə də bax: Hikmət Hacıyevlə Yaqut Qarayeva brifinq keçirir - Canlı

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Yaqut Qarayeva bildirib ki, peyvəndin tətbiqinə ən azı 2021-cu ilin Aprel ayında başlanılacağı gözlənilir.

"Xəstəxanalarda yer çatışmazlığı yaşana bilər"

“Dünən 2239 nəfər koronavirusa yoluxub, 1217 nəfər sağalıb”,- Yaqut Qarayeva bildirib.

Y.Qarayeva deyib ki, yoluxan və sağalan xəstələr arasında fərq nəticəsində gələcəkdə xəstəxanalarda yer çatışmazlığı yaşana bilər: “Bu gün artıq biz 13 min test apara bilirik, əvvəllər bu rəqəm 5 min ətrafında idi”.

TƏBİB-in departament müdiri qeyd edib ki, yoluxmanın artması nəticəsində gündəlik ölənlərin sayı da 25 nəfərə çatır.

O bildirib ki, bu gün intensiv terapiya bölmələrində müalicə alan xəstələrin sayı 409-a, süni tənəffüs aparatına qoşulanların sayı isə 45-ə çatıb: "Hər zaman bu məsələni qeyd edirəm, nəzərinizdə saxlayın ki, bir intensiv terapiya şöbəsində müalicə alan xəstənin müalicə müddəti ilə stasionar şöbədə müalicə alan xəstənin müalicə müddəti eyni deyil. Yəni, bu yataqların doluluq müddəti fərqlidir. İntensiv terapiya şöbəsinə düşən xəstə uzun müddət, ən azı 2-3 həftə müalicə alır. Bu da yataqların doluluq müddətinin uzadılması deməkdir. Bunu çox ciddi nəzərə almalıyıq”.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı