hemle

SON DƏQİQƏ: Ramiz Mehdiyev vəzifədən AZAD EDİLDİ

Tarix:19-11-2020, 12:40
Baxış Sayı:327




Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən - Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.

Bu barədə Dövlət İdarəçilik Akademiyasından məlumat verilib.

Akademiyadan bildirilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib. Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.

Qeyd edək ki, prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov da ali təhsil ocağındakı vəzifəsindən uzaqlaşdırlıb. Onun yerinə Namiq Əliyev seçilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bir müddət öncə bu ali təhsil ocağındakı 6 kafedraya müdir vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə artıq yekunlaşıb

Digər xəbərlər
11:06 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu Qəbələdə baş tutacaq
09:54 Uzun ömür istəyirsinizsə bu 4 qidanı evinizdən uzaq tutun
09:52 Telefonu məhv edən 10 vərdiş - Təhlükəlidir
09:49 Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK
09:42 Azərbaycandan neçə nəfər "Green Card" qazanıb?
09:36 Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər
09:30 Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutuldu
09:24 İrandan iki ərəb ölkəsinə ŞOK TƏKLİF - ABŞ-ın “caynağından” qurtulmaq üçün...