hemle

Ermənistan tərəfində döyüşən muzdluların vətəndaşı olduqları ölkələrin adları açıqlandı - RƏSMİ

Tarix:10-11-2020, 16:39
Baxış Sayı:367

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb.

ATESH,AZ saytı xəbər verir ki, Baş Prokuror məktubda bildirib ki, Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının, eləcə də BMT-nin Konvensiyalarının müddəalarının kobud şəkildə pozularaq Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporası tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli “könüllülər”in Azərbaycan ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirməsi müəyyən edilib.

Həmçinin diqqətə çatdırılıb ki, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılması bir çox xarici ölkələrin qanunvericiliyində olduğu kimi, Azərbaycan Cinayət Məcəlləsində də cinayət əməlləri kimi qiymətləndirilir.

Bununla bağlı, Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında Ermənistan tərəfindən tək və ya qrup şəklində iştirak edən bəzi muzdluların ad və soyadları, vətəndaşları olduqları ölkələrin siyahısı açıqlanıb.

Belə ki, Fransa vətəndaşları-Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs); “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir; Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarusiya vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub.

Həmçinin, Ermənistan işğalından azad edilmiş ərazilərə baxış keçirilən zaman aşkar edilmiş 2 meyit üzərində muzdluların etnik mənşəyini sübut edən işarələr aşkar edilmişdir ki, bu və qeyd edilən digər faktlar muzdluların iştirakını bir daha təsdiq edib.

Göstərilən faktlarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış və hazırda həmin işlər üzrə istintaq davam etdirilir.

Eyni zamanda, Baş Prokuror Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhalimizin hədəfə alınması və qadağan edilmiş fosfor bombalarından istifadə edilməsini xüsusilə qeyd edib.

Həmçinin, diqqətə çatdırılıb ki, hazırki vaxtadək “Skad” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edilmiş, həmin faktlar “Human Rights Watch” və “Amnesty İnternational” nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla həmin əməllər “qəddar və ağılasığmaz” kimi qiymətləndirilib.

Noyabrın 7-də 16 yaşlı Şahmalı Rəhimovun Bərdə rayonuna növbəti mərmi atılması nəticəsində həlak olması və bununla da, həlak olan mülki şəxslərin sayının 93 nəfərə çatması vurğulanıb.

Qeyd edilib ki, Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutub.

Baş Prokuror, həmin halları sübut edən ətraflı foto və videomaterialları təqdim etməklə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarından göstərilən faktların gələcək bəyanat və hesabatlarında qeyd edilməsini və törədilmiş cinayətlərlə bağlı səlahiyyət çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.
ATESH,AZ

Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti