hemle

“Yaxın 2 gün ərzində xoş xəbərlər eşidə bilərik” - AÇIQLAMA

Tarix:5-10-2020, 23:21
Baxış Sayı:443

Azərbaycan Ordusunun cəbhədə apardığı əməliyyatları qiymətləndirmək doğru deyil. Hər bir əməliyyatı əslində həyata keçiriləndən sonra qiymətləndirirlər. Əsas nəticədir. İndi nəticə var. Hamımız ötən həftənin cümə günü bir az gərgin idik. Çünki döyüşlərdən xəbər olsa da, nəticə yox idi. Aydındır ki, nəticənin olması üçün əvvəlcə döyüşmək lazımdır. Döyüşdük və nəticələr də gəldi. Deməli, ola bilməz ki, hər gün rayonlarımızı azad edə-edə gedək. Düşmən müqavimət göstərir, gücü var. Nəzərə alın ki, onlar 30 ildir ki, bu ərazilərdə möhkəmlənib. Hesab edirəm ki, yaxın 2 gün ərzində xoş xəbərlər eşidə bilərik.

ATESH,AZ saytı KONKRET.az saytına istinadən xəbər verir ki, bu fikirləri Teleqraf.com-a hərbçi ekspert Azad İsazadə Azərbaycan ordusunun işğal olunan ərazilərdə həyata keçirdiyi anti-terror əməliyyatlarını şərh edərkən deyib.

Mütəxəssis qeyd edib ki, torpaqların işğaldan azad edilməsinin iki mühüm problemi var: “Torpaqları azad etmək bir, onu qoruyub saxlamaq iki. Cəbrayılı azad etmişik, amma onu qoruyub saxlamaq, oranı bərkitmək, minalardan təmizləmək də lazımdır. Bir sözlə, irəli gedirik, amma ordunu tələsdirməyə ehtiyac yoxdur. Biz anlamalıyıq ki, bu müharibənin sonu olmayacaq. Biz Şuşanı, Xankəndini də azad etsək də, Ermənistan böyrümüzdə qalacaq və ola bilsin ki, bizimlə müharibə vəziyyətində olacaq. Amma biz buna da hazırıq. Ermənistan bu yolu seçəcəyi təqdirdə də geri gedəcəklər”.

Ekspert əlavə edib ki, erməni tərəfi Gəncə, Goranboy və Mingəçevirdə mülki adamları və şəhərləri hədəfə almaqla zəifliyini göstərib: “Birinci Qarabağ müharibəsi zamanı onlar bizim şəhərlərimizi belə hədəfə almırdılar. İndi aciz durumda olduqları üçün əlləri çatan yerləri vururlar. Deməli, az da olsa gücləri var və biz bunu görməliyik”.

Azad İsazadə əlavə edib ki, Azərbaycan ordusu Dağlıq Qarbağda olan işğalçı orduya kifayət qədər zərər vuraraq, onun təminatını və texnikasını sıradan çıxara bilib: “Bunlar müsbət hadisədir. Amma biz çox ehtiyatlı olmalıyıq. Xatırlayıram 1992-ci ilin avqust-sentyabrında ordumuz Şuşadan bir neçə kilometr kənarda dayanırdı, Xankəndini bizdən 10 kilometrlər ayırırdı. Eləcə də Laçın dəhlizi qapadılmalı idi. Amma qəfildən hər şey dəyişdi. Bu mənada biz ayıq olmalı, işimizi ehtiyatla görməli, azad edilən torpaqlarımızın müdafiəsini gücləndirməliyik”.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı