hemle

Erməni vandalizmini əks etdirən “Zəngəzur soyqırımı” adlı filmin çəkilişlər davam edir.

Tarix:11-09-2020, 14:58
Baxış Sayı:588

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrand layihəsi ilə həyata keçirilən Erməni vandalizmini əks etdirən “Zəngəzur soyqırımı” filminin çəkilməsi adlı layihənin icrası məqsədi ilə çəkilişlər başanıb. Filmin çəkilişlərində tarixçilər arxiv materaillarına istinadən şərh verib əsil həqiqətin açılmasına köməklik edəcəklər 1920-ci ildə Zəngəzur mahalı Azərbaycandan zorla qoparılaraq ermənilərə hədiyyə edildi. Bu ilhaqda məqsədi ermənilərin ərazilərinin genişlənməsidən çox Naxçıvanın mühasirəyə alınması idi. Artiq 100 ildir Naxçıvan erməni və rus mühasirəsidə qalıb. Millət vəkili tarix elmləri doktoru professor Musa Qasımlı tarixin Zəngəzur faciəsinin Azərbaycan xalqına çox böyük zərbələr vurduğunu bildirdi. Zəngəzurun işğalı Qarabağın işğalını reallaşdırdı, Naxçıvan isə illərdir təhlükə qarşısındadır.


Tariximizin qara səhifəsi olan bu bədnam hadisə 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur və Naxcıvan Sovet Ermənistanının tərkibinə keçirlsin.
Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların çoxluğu da bu fikri təsdiqləyir.
XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub. Çar Rusiyası dövründə isə o, Gəncə (Yelizavetpol) quberniyasının tərkibinə daxil edilib. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk), bundan üç dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın.
1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.
Birinci Dünya savaşında Rusiya və Osmanlıda baş verən hadisələrdən istifadə edən daşnaklar indiki Ermənistan ərazisinin böyük bir hissəsində öz hərbi diktatura hakimiyyətlərini bərpa etmişdi. Onların elan etdikləri Ermənistan (daşnak) Respublikası Zəngəzuru tam anneksiya etmək üçün silahlı mübarizəni davam etdirirdi. Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Acı təəssüflər olsun ki, 23 aylıq mövcudluğu ilə qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyəti hökuməti Zəngəzurda törədilən qırğınların qarşısının alınmasında çox çətinliklərlə qarşılaşdırlar. Rusiyanın faktiki təsiri ilə Zəngəzur və Qarabağdan ermənilərin təmizlənməsi kimi tarixi şansı əldən verildi. (Hökumətin ilk Hərbiyyə naziri və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun parlamentə müraciətlərini xatırlamaq kifayətdir).
Əslən Zəngilandan olan Millət vəkili Musa Quliyev Zəngəzurun işğalının milli məclisdə müzakirə edilməsini Qarabağın işğalında Zəngəzur işğalının bir başa vasitə olmasını qeyd etdi.




Layihənin icrasını Əhalinin Maarifləndirilməsinə Mütəxəssislərin Dəstəyi İctimai Birliyi həyata keçirir. Layihə rəhbəri Gözəlov Famil Eyvaz oğludur.
Layihə rəhbəri Famil Gözəlov.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı